Logo

17 yaşlı qıza pomada oğurladığını deyib, soyundurdular – Mağazada RƏZALƏT (VİDEO)


Alış-veriş mərkəzində baş verən hadisə hər kəsin qınağına səbəb olub.

TopXeber.Az xəbər verir ki, İstanbulda AVM-dəki parfumeriya dükanında oğurluqda günahlandırılan 17 yaşlı B.C-nin soyundurulması görüntüləri yayılıb.

Belə ki, 2016-cı ildə 17 yaşlı lisey şagirdi B.C rəfiqələriylə birlikdə getdiyi mağazadan pomada seçərkən oranın gözətçiləri tərəfindən təqib edilib. O daha sonra oğurluqda günahlandırılıb.

Gözətçilər tərəfindən mağazanın deposuna aparılan gənc qız 33 dəqiqə ərzindən çılpaq şəkildə yoxlanılıb. Onun alt paltarına qədər yoxlama aparılıb. B.C-nin heç nə oğurlamadığını anlayan gözətçilər onu sərbəst buraxıb.

Hadisədən sonra psixoloji sarsıntı keçirən 17 yaşlı qız polis bölməsinə gedərək mağaza və təhlükəsizlik işçiləri barəsində şikayət ərizəsi yazıb.

O şikayətini belə dilə gətirib:

"Yoxlamada 2 qadından başqa, 2 kişi təhlükəsizlik işçisi də vardı. Onlara sadəcə olaraq üzlərini çevirmələri deyildi. Depoda kamera da var idi. Mağaza müdiri mənə davamlı "oğurluq etdin” deyirdi. Başıma vuraraq mənə "oğru, tərbiyəsiz” deyərək təhqirlər etdilər”.

Video görüntülərin ortaya çıxması ilə prokurorluq hərəkətə keçib. Polisə ifadə verən qadın təhlükəsizlik işçiləri qızın üzərində axtarışın qanun çərçivəsində cihazlar vasitəsilə həyata keçirildiyini, sonradan qaydalar çərçivəsində depoya aparıb soyundurduqlarını deyib. Ancaq qadın təhlükəsizlik işçisi Zühal.A qızı döymədiyini də iddia edib.

İstintaqın nəticəsində Zuhal A "haqsız axtarış”, "yüngül yaralama” və "təhqir etmə” ilə günahlandırılıb və 5 ilə qədər həbsi tələb olunub. Digər gözətçi xanım Semiha A. isə "ədalətsiz axtarışlar”da günahlandırılıb və 1 il həbs istənilib.

Ancaq gənc qızın ailəsi və vəkili bu cəzanın yüngül olduğunu, cəzanın artırılmasını tələb edib.Unikal.org