Logo

Azərbaycan tarixinin unudulmaz qadınları — FOTOLAR


Bəşəriyyət tarixinə adlarını kişilərdən az yazdırmamış qadınlar da var. Bunlar sırasında «ilk»lər də var, «ən»lər də… Bəli, var, ancaq biz onları lazımi qədər tanıyırıqmı?

TopXeber.Az Azərbaycan tarixinin unudulmaz qadınlarının bir neçəsi haqqında məlumat verir:

Şəfiqə Əfəndizadə. O, Azərbaycan Cümhuriyyəti parlamentinin yeganə qadın əməkdaşı, Cənubi Qafqazın ilk qadın jurnalisti hesab edilir.

Şəfiqə xanım 1882-ci ildə Gürcüstanın tarixən türklərin yaşadığı Cavahetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində doğulub. Atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və müəllimi idi.

Yelena Stasova. O, Azərbaycanın sonuncu qadın dövlət başçısı olub, cəmi 6 gün (9-15 sentyabr, 1920). Milliyyətcə rusdur. Ölkəni idarə edəndə 47 yaşında idi. Həmçinin, Azərbaycan qadın başçısı olan ilk kommunist ölkədir.

Valiyyə xanım Kazımbəyli. Bu cəsur Azərbaycan qadını bolşeviklərə qarşı Gəncədə başlayan üsyanın təşkilatçılarından biridir. Polkovnik Cahangir bəy Kazımbəylinin həyat yoldaşı, General Hüseynqulu xan Xoyskinin qızı Valiyyə xanım Cümhuriyyət hökuməti dövründə müxtəlif vəzifələrdə çalışıb. «Milli Birlik» təşkilatının üzvü olan Valiyyə xanım Gəncə döyüşlərində bolşevik və daşnaklara qarşı açıq döyüşlərdə iştirak edib. 1947-ci ildə «Milli Birlik» təşkilatının xüsusi tapşırığını yerinə yetirmək üçün Romadan Türkiyəyə uçmaq üçün təyyarəyə mindirilir. Cümhuriyyət hökumətinin də 12 nəfər yüksək rütbəli zabitinin olduğu təyyarə Afina üzərində müəmmalı şəkildə qəzaya uğrayır.

Valiyyə xanım Türkiyədə dəfn olunub.

Leyla Məmmədbəyova. O, Azərbaycanın ilk qadın təyyarəçisidir. Sentyabrın 17 — si  1909-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1930-cu ildə orta məktəbi bitirdikdən sonra 1931-ci ildə Bakı Aviasiya məktəbinə daxil olub və 1932-ci ildə təyyarəçi ixtisası üzrə bitirib. 1931-ci ildə təcrübəli mütəxəssis kimi Bakı aeroklubunda ilk dəfə U-2 təyyarəsi ilə havaya qalxıb.İnce.az