Logo

Əfsanələr adası - Türkiyənin yeni cənnəti - FOTO-VİDEO


Azərbaycanlıların istirahət üçün hansı ölkələrə getdiklərini araşdırmağa cəhd etdik.

Turoperatorlarımızın verdiyi məlumata görə, Azərbaycan vətəndaşları üçün ən populyar istirahət məkanı Türkiyədir. İnsanlar Türkiyənin, əsasən Antalya, Kəmər, Belek və Marmaris bölgələrində istirahətə üstünlük verirlər. 

Antalyada isə hazırda turistlərin ən çox maraq göstərdiyi məkan "The Land of Legends" adlı məkandır.

Bu yer hazırda Türkiyə mətbuatının da əsas gündəmidir.

 2016-cı ildə inşa olunan otel əfsanəvi məkan adını alıb.

 Türkiyənin Desneylandı olaraq tanına məkan bir neçə lüks otellə əhatə olunub.

 Animasiya və su parkları turistlərin bu məkanda əsas diqqətini çəkən əyləncədir.

 Rixos qrupa aid olan "The Land of Legends"   yeni nəsil əyləncə məkanı kimi xarakterizə olunur.

 Bu məkanda otellər, termal parklar, alışveriş məkanları, su parkları bir yerdə toplanıb və turistlərin əylənəcsini daha da asanlaşdırır.

 Araşdırmalara görə "The Land of Legends" 3 milyard insanın istirahət üçün seçdiyi ilk məkan sırasına daxil olub.

"The Land of Legends" oteldə turistlərin istirahəti üçün məşhur müğənnilərin konserti, teatr səhnələri, müasir texniki vasitələrlə şoular təşkil olunur.

 800 min kvadratmetr sahəni əhatə eeən məkanı ildə 15 çilyondan çox turist ziyarət edir.

Bu əfsanəvi məkanda istirahətin əsl dadını çıxarmaq olur.