Logo

Mobil məlumat təhlükəsizliyi mövzusunda dünya nəhənginin Bakı Forumu


Azərbaycanda informasiya texnologiyaları sahəsində çoxillik təcrübəyə malik ATL Tech şirkətinin təşkilatçılığı və mobil təhlükələr üzrə dövlət və biznes qurumları üçün kiber təhlükəsizliyi təqdim edən dünyaca məşhur Kaymera şirkətinin iştirakı ilə “Mobil tətbiqlər və məlumat təhlükəsizliyi” mövzusunda forum baş tutacaqdır.  

Forumda bu günümüz üçün çox aktual olan məlumat təhlükəsizliyi üzrə həllər, mobil tətbiqlərdən istifadə zamanı təhlükəsiz bağlantı və mobil tətbiqlərdən istifadə müzakirə ediləcək. 

Tədbirdə, çıxışlar arası təşkil olunan sual-cavab panelində rəqəmsal texnologiyalar sahəsində yerli bazara innovativ həllər və tətbiqlər təklif edən şirkətlərin nümayəndələri və mütəxəssislərlə birgə mövzu üzrə müzakirələr təşkil ediləcək.

“Mobil tətbiqlər və məlumat təhlükəsizliyi” Forumu, May ayının 30-da, Four Season Hoteldə baş tutacaq. İştirakda maraqlı olan şirkət rəhbərləri və texniki rəhbərlər office@atl.azmail ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat üçün əlaqə vasitələri:

  E: office@atl.az
  T:0122100099