Logo

Tənqidlərə tuş gələn aparıcı yenidən efirə qayıdır


TopXeber.Az xəbər verir ki, bir müddət əvvəl "Yarasa" verilişinin bağlanmasına görə efirlərdən uzaq düşən aktrisa, aparıcı Könül Yusif qızı yenidən efirə qayıdır.

Belə ki, o, həftəiçi hər gün saat 11-dən 12-yə kimi "Dost süfrəsi" səhər verilişini aparacaq.

Qeyd edək ki, "Yarasa" şousuna geyindiyi paltarlar ilə uzun müddət ölkə mətbuatı və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilmişdi.