Logo

Yeni vulkanik çat yarandı, 30 ev kül oldu...Əhali təxliyə olunur


Havay adalarının hökumət orqanları Kilauela vulkanının püskürməsi zamanı yeni vulkanik çatın əmələ gəlməsi səbəbindən yaxınlıqda yerləşən yaşayış məntəqəsinin əhalisinin təxliyə olunacağı elan edilib.

TopXeber.Az xəbər verir ki, Havay dairəsinin hökumət saytında yerləşdirilən məlumata əsasən, hazırda adalarda 18 vulkanik çat yaranıb. Hökumət orqanları böyük adada Kilauela vulkanının püskürməsi nəticəsində 30 evin yanaraq külə döndüyünü və təbii fəlakətin 10 min nəfərə təsir etdiyini bildirib.

Qeyd edək ki, Havay adaları qrupunun Böyük adasında yerləşən Kilauela vulkanı Yer kürəsinin ən aktiv vulkanlarından biri sayılır. Yerli inanclara görə, Kilauela Havay sakinlərinin ənənəvi inanclarında yer alan vulkan ilahəsi – Pelenin yaşayış yeridir.