Logo

ABŞ-ın birinci xanımı Melani Tramp xəstəxanaya yerləşdirilib


Bazar ertəsi Ağ Ev Melani Trampın Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzdə böyrəklərinin müalicəsi üçün prosedur keçdiyini bəyan edib.

TopXeber.Az xəbər verir ki, birinci xanımın əlaqələri üzrə direktorunun bəyanatında Melani Trampın embolizasiya proseduru keçdiyi bildirilir. Daha sonra bəyanatda deyilir: “Prosedur uğurla, ağırlaşma olmadan keçib. Xanım Tramp Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzdədir. Ehtimal ki, bütün həftəni orada qalacaq. Birinci xanım bütün ölkə uşaqları üçün apardığı işlərini davam etdirməkdən ötrü tam sağalmasını gözləyir”.