Logo

"ASAN Viza" vasitəsi ilə hava limanlarında veriləcək vizaların rüsumu müəyyənləşib


"ASAN Viza" vasitəsi ilə hava limanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu müəyyənləşib.

TopXeber.Az-ın xəbərinə görə, "ASAN xidmət"in sədri Ülvi Mehdiyev deyib ki, Yaponiya vətəndaşları üçün hava limanlarında "ASAN Viza" pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 11 dollar təşkil edəcək.

Yerdə qalan ölkələrin vətəndaşları üçün hava limanlarında "ASAN Viza" rüsumu 26 dollardır.