Logo

DÇ-2018: Braziliya millisinin heyəti açıqlanıb


Braziliya yığmasının baş məşqçisi Tite dünya çempionatına yollanacaq heyəti açıqlayıb.

TopXeber.Az xəbər verir ki, heyətə fevralda ciddi zədələnən mövsümün qalan hissəsini boşa verən Neymar da düşüb. Ümumilikdə isə fevralın 16-da açıqlanmış 15 oyunçuya daha 8 futbolçu əlavə olunaraq siyahı 23 nəfərə çatdırılıb.

Qapıçılar: Alisson (“Roma”), Ederson (“Mançester Siti”), Kasio (“Korintians”)

Müdafiəçilər: Danilo (“Mançester Siti”), Faqner (“Korintians”), Markinyoş, Tiaqo Silva (hər ikisi PSJ), Miranda ("İnter"), Marselo ("Real"), Pedro Jeromel (“Qremio”), Filipe Luis (“Atletiko”) 

Yarımmüdafiəçilər: Kasemiro (“Real”), Paulinyo, Koutinyo (hər ikisi "Barselona"), Villian ("Çelsi"), Fernandinyo ("Mançester Siti"), Renato Auqusto ("Beyçzin Qoan"), Fred (“Şaxtyor”)

Hücumçular: Neymar (PSJ), Qabriel Jezuş ("Mançester Siti"), Firmino ("Liverpul"), Duqlas Kosta (“Yuventus”), Tayson (“Şaxtyor”)

Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Kosta-Rika, Serbiya və İsveçrə ilə bir qrupda yer alacaq.