Logo

Diasporla bağlı QHT dövlət qeydiyyatına alınıb


Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Bu haqda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə öz “Facebook” səhifəsində məlumat verib. Fuad Hüseynzadə bildirib ki, DFJD-nin qeydiyyata alınması dövlətin onlara olan etimadı və dünya azərbaycanlılarına xoş töhfəsidir: “Məqsədimiz və strateji hədəflərimiz yenə də Azərbaycan mediasının diaspor mövzusuna diqqətini artırmaq, informasiya savaşında ölkəmizin mövqeyini gücləndirmək və xaricdəki soydaşlarımızı bu işə təşviq etmək, Azərbaycan həqiqətlərinin xaricdə yaymaqdır. Biz bu illər ərzində kimsənin yoluna çıxmadıq. Diaspordan yazan jurnalistlər olaraq orijinal layihələrlə özümüz bir mütərəqqi bir yol ilə getdik. Bu yol dövlətçilik, azərbaycançılıq və nəhayət hər bir vətənpərvər azərbaycanlının getməli olduğu yoldur. Bu yolda bizimlə olan və olmaq istəyən hər kəsi bağrımıza basırıq, birgə addımlamaqdan qürur duyuruq. Dövlətin diaspor siyasətinə vətəndaş cəmiyyəti olaraq dəstək göstərmək amalımızdır”.

Xatırladaq ki, DFJD-nin ətrafında Azərbaycanda, eləcə də xaricdə dövlət və dövlətçiliyimizi təbliğ edən vətənpərvər jurnalistlər toplanıb.