Logo

DİM sədri: "Mayın 17-dən qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başlayacaq"


“May ayının 17-dən qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başlayacaq”.

TopXeber.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O xatırladıb ki, birinci imtahanda iştirak edən şəxslərdən kim istəyirsə ikinci mərhədə iştirak edə bilər: “Birinci mərhələdə iştirak etməyən, ümumiyyətlə sənəd verməyən insanlar da yay imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə bilər”.

Sədr qeyd edib ki, bu proses bir ay davam edəcək: “İyunun 14-də qəbul imtahanlarının ikinci mərhələsinə sənəd qəbulu başa çatacaq".