Logo

Döyülən direktor sabah işə çıxacaq-Təhsil Şöbəsi - YENİLƏNİB


Ağsu rayonunun Ləngəbiz kənd orta məktəb direktorunun döyülmə faktını Ağsu rayon Təhsil Şöbəsi təsdiqləyib.

Bu barədə TopXeber.Az-a şöbənin direktoru Səftər Əliabbasov məlumat verib.Şamaxı rayon Çöl Bağırlıkənd sakini Müşfiq Mirzəyev öz həmyerlisi tərəfindən döyülüb.

"Müşfiq müəllim Çöl Bağırlı kəndində toyda döyülüb,hadisə saat 4-5 radələrində olub. Kim tərəfindən döyülməsi isə dəqiq deyil.Müəllimə su butulkası atılıb və butulka dəyib müəllimin başına. O,heç bir ağır xəsarət almayıb.Bu gün xəstəxanadan çıxacaq. Sabah işə çıxacaq"

Qeyd edək ki, mətbuatda xəbər yayılıb ki,Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb.

O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***15:50

Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb.

TopXeber.Az xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib.

Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb.

O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Nihadə Eyyubova