Logo

Əfqanıstan: “Taliban” hərəkatı hökumət qüvvələrinə hücum edib


“Taliban” hərəkatı Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində hökumət qüvvələrinin mövqelərinə hücum edib.

TopXeber.Az xəbər verir ki, hazırda əyalətin eyni adlı administrativ mərkəzi uğrunda ağır döyüşlər gedir. Hücum mayın 15-də səhər saatlarında başlayıb. “Taliban” döyüşçüləri şəhərin bir neçə rayonunda irəliləməyə və Milli Təhlükəsizlik İdarəsinə yaxınlaşmağa müvəffəq olub.

Telekanalın məlumatına görə, hökumət qüvvələrinə əlavə kömək göndərilib. Səkkiz yaraqlının öldürüldüyü bildirilir. Hökumət qüvvələri də itki verib, iki hərbçi həlak olub, 16-sı yaralanıb.

2014-cü ildə ABŞ-ın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra “Taliban” hərəkatı ölkənin cənub rayonlarının bir çoxunda nəzarətə yiyələnib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir.