Logo

Əsəd Əhmədov küçəsinin yol qədər uzanan PROBLEMİ - FOTOLAR


Bakı şəhər sakini Fərhad Mehdiyev Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində aparılan təmir işlərinin gedişatından narazıdır. Şikayətçi TopXəbər.az-a bildirib ki,artıq 4-cü aydır ki, ərazidə təmir gedir və işin yarıdan çoxu hələ yerinə yetirilməyib:

-Bakı şəhər İcra Hakimiyyətinin şifarişi üzrə “Azəravtoyol”Əsəd Əhmədov küçəsinin fevral ayında əsaslı təmir tikintisinə başladı. Asfalt təbəqəsi torpaqla birlikdə 40 sm qazıldı. Torpaqdoldurma işləri görüldü. Niyə bu küçə? Çünki bu küçədə Şərifzadə prospektindən dairəvi küçəyə qədər çox geniş bir yoldur.Yeni Yasamal yaşayış massivi insanların çox məskunlaşdığı bir yerdir. Buranı şəhərə iki yol bağlayır. Bir Əsəd Əhmədov küçəsi, bir də  ona paralel bir küçə, Ictimai TV-nin yanından çıxan küçə.Bu yolda "Günəş Petrol"dan başlayaraq "Bizim Market"ə kimi dəhşətli tıxaclar baş verirdi.Digər tərəfdən də "Bizim market"in ön hissəsi aşağı olduğu üçün yağış yağanda su yığılırdı.İndi kanalizasiya xəttini çəkiblər. Belə başa düşdüm ki,orada təmir tikinti işləri aparacaqlar. Problemlər bunlardır:

1.Əslində, bu iş çoxdan bitməli idi.Artıq 4-cü aya keçir və demək olmaz ki, işin yarısından çoxu görülüb.

Tıxacların yaranmasına əsas səbəb isə avtobusların dayanacaq məsələsidir. Belə ki, avtobus dayananda nəzərə alsaq ki, avtobus tam dayanacağa yaxınlaşa bilmir, çünki orada həmişə taksilər dayanır. Bu hissədə nəqiyyat iflic olur.

2.Əsəd Əhmədov küçəsində "Bizim market"dən Şərifzadəyə gedən tərəfdə, köhnə Yasamal olan hissələrdə yol daralır. Çünki sağdakı və soldakı tikililər sökülməlidir.Həyət evləri çoxdur ki,bu evlər yolu tutublar. Həmin evlər sökülməlidir ki, yol genişlənsin,avtobus dayanacaqlarında cibliklər düzəldilməlidir. Onu indi də etmək olar. Ciblik olanda avtobus daxil olacaq həmin o cibliyə, nəqliyyatın hərəkətinə mane olmayacaq. "Günəş Petrol"dan "Bizim market"ə gedən yol istiqamətində 300 metrlik düz yol var,oradan aşağ hissəyə yol gedir. Orada 15-ə yaxın kanalizasiya lüku var.Kanalizasiya "lük"u niyə çoxdur? Həmin yolun böyük hissəsində həyət evləri yerləşir.Həyət evlərində kanalizasiya çox qeyri-intizamlı olur.Hərə bir kanalizasiya çəkib. Yol qazılmışkən  oranın  kanalizasiyası bərpa olunmalıdır,kanalizasiya xətti  çəkilməlidir.  "Lük" çox olduğundan yolun asfaltlanması problem olub,o "lük"lar maşınların hərəkətinə mane olur.Bura iki-üç kanalizasiya xətti  çəkməklə "lük"larin sayını azaltmaq mümkün deyil?

 3. Bu yolun kənarında işıqlandırma dirəkləri  qoyulacaq.Amma işıqlandırma dirəkləri üçün hələ  elektrik kabeli çəkilməyib. Yol  asfaltlanacaq, birdən yada düşəcək ki, elektrik kabeli çəkilməyib.Sonradan elektrik kabeli çəkiləcək. Bunu indidən etmək lazımdır. Camaat da görsün ki, bu iş görülüb. Təbii ki, həmin ərazidə dəhşət toz var. Camaat tozun içərisi ilə gəlib keçir. Çünki vaxtaşırı yollar təmir adı ilə bağlanır.

 “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli şikayətçinin bildirdiyi problemlərə aydınlıq gətirib:

 -"Yolun təmir olunması, yenidən qurulması qısa müddətə gələn proses deyil.Hər hansı bir yerdə asfalt örtüyü yenilənsə idi,o başqa məsələ.  Həmin  ərazidə nə normal kanalizasiya, nə su xətti var idi, yağış yağanda sular həmin əraziyə dolurdu və digər problemlərlə üzləşirdik. Yol dar idi, səkilər,işıqlandırma yox idi. Avtobus dayanacaqları var idi, ciblik yox idi.  Yenidənqurma işləri zamanı bütün problemlər aradan qaldırılır. Orada yeni kanalizasiya xətləri çəkilir, işlər artıq bitmək üzrədir.Su xətləri çəkildi. "Bizim Market" deyilən ərazinin qarşısında sular yğılırdı. Orada mövcud olan yağış- kanalizasiya sistemi  bərpa olundu, əlavə yağış- kanalizasiya sistemi quruldu, yağış barmaqlıqlar düzüldü, yağış yağarkən hər hansı problem olmasın. Yolun  hərəkət hissəsi genişləndirildi.Yeni piyada səkilərinin inşası işləri aparılır. Tam müasir  yol infrastrukturu qurulur.Edilən şikayətlə bağlı bütün problemlər aradan qaldırılır. Bu işlərin görülməsinin 1-2 aya yekunlaşması qeyri mumkündür. İşlər hamısı qrafikə uyğun aparılır. Yaxın müddət ərzində ərazidə asfaltlanma işləri aparılacaq. Asfaltlanma işləri də yekunlaşandan sonra bu problemlər aradan  qaldırılmış olacaq.Şikayətçi bildirir ki, həmin hissədə yol daralır,qeyd edim ki,söküntü işlərini bizim qurum aparmır.Şikayətdə deyilir ki,kanalizasiya "lük"ları çoxdur, kanalizasiya "lük"larının çox olması bizə aid olan məsələ deyil. Amma ora enişli yol olduğuna  görə "lük2ların sayı çoxdur. Oradakı həyət evlərinin həmin "lük"lara heç bir aiddiyatı yoxdur. Biz məlumat vermişdik ki, Əsəd əhmədov küçəsində hansı işlər görüləcək. Küçənin uzunluğu 1.5 km, eni 7-8 metr  arası dəyişir. Küçənin eni genişləndirilib 14 metrə çatdırılır. 21 ədəd yeni yağış barmaqlığı quraşdırılır. 97 ədəd kanalizasiya qapaqları yenilənir.4 yerdə 62 metr uzunluğunda və 4 metr enində xüsusi ciblik hissələr yaradılcaq.