Logo

Gəncədə 44 yaşlı kişi intihar edib


Gəncədə intihar hadisəsi baş verib. 

TopXeber.Az-ın verdiyi məlumata görə, şəhərin Cavad Xan qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Mamedov Habil Cəlil oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.