Logo

Goranboyda 5 yaşlı uşağı maşın vurub


Goranboy rayonunda azyaşlını avtomobil vurub. 

TopXeber.Az-ın xəbərinə görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Kən ərazisindəki yolda 2013-cü il təvəllüdlü Quliyev Mayıl Kamil oğlunu maşın vurub.

Xəsarət alan uşaq xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.