Logo

Həbsdə olan xanım müğənnidən xəbər var...


İki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçınının səhhətində müəyyən problemlər olsa da, hazırda vəziyyəti qənaətbəxşdir. 

Bu barədə TopXeber.Az-a müğənninin vəkili Türkel Süleymanlı açıqlama verib.

Vəkil bildirib ki,istintaqın böyük bir hissəsi başa çatdığı üçün mütəmadi olmasa da müəyyən vaxt çərçivəsində görüşə icazə veriləcək.

"Fədayə xanım yaxınları ilə telefon əlaqəsi saxlaya bilir. Bütün prosses qanun çərçivəsində həyata keçirilir. Ümid edirik ki, Fədayə xanım tezliklə azadlığa buraxılacaq. Bu istiqamətdə də çalışırıq."

Azadə Bayramova