Logo

İlqar Mikayıloğlundan Oksana AÇIQLAMASI


Mənim yazdığım statusun Oksanaya heç bir aidiyyatı yoxdur.

TopXeber.Az xəbər verir ki, bunu tanınmış aparıcı İlqar Mikayıloğlu deyib.
Qeyd edək ki,mətbuatda Oksananın süni mayalanma ilə ana olacağı xəbərinə “Facebook” hesabında reaksiya verməsi ilə bağlı xəbər yayılıb.  

“Qadın atasız, süni mayalanma ilə uşaq dünyaya gətirir. Və ya kiminləsə yatır, adını qoyur ki, süni mayalanma elədim. Hər bir halda uşağın atası naməlumdur. “Tupoy” qadın başa düşmür ki, uşaq “vələdüzinna”dır. Və uşağa hamı ... kimi baxacaq. Bu uşaq olur ... və ömürlük biabır olur.

Hər şey də qadının axmaq və “tupoy”luğundan irəli gəlir. Uşağa da ... oğlu ... və ya ... qızı ... deyəndə bu, artıq təhqir deyil. “Tupoy” ananın məhv etdiyi uşağın reallığıdır”.
 
İlqar Mikayıloğlu bildirib ki, bu təsadüfən üst-üstə düşüb. 

"Oksana ilə yaxşı münasibətlərimiz var, dostuq. Mən onu tanıyıram və dediklərimin də Oksanaya aidiyyatı yoxdur. Mən statusumda ad yazmamışam. Sadəcə reytinq xatirinə bəzi saytlar statusumu ona yazdığımı düşünüblər".

Aparıcı Oksanın ona bu məsələ ilə bağlı hər hansı bir narazılıq bildirmədiyini də deyib.