Logo

İpoteka krediti almaq istəyənlərə şad xəbər - BU QAYDA DƏYİŞDİ


Nazirlər Kabineti “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişikliklər edib.

TopXeber.Az xəbər verir ki, bu Qayda Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi zamanı borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması ilə bağlı məsələləri tənzimləyir.

 Qaydaya əsasən borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan Respublikasının ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Borcalanın (borcalanların) aylıq məcmu gəlirinin müəyyən edilməsi zamanı onun (onların) gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən istifadə edilir.

İndiyə qədər aylıq məcmu gəlir dedikdə borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 aylıq dövr ərzində sabit və sənədlə təsdiq olunan bütün növ gəlirlərinin orta aylıq məbləğinin məcmusu nəzərdə tutulub. Dəyişikliyə əsasən bundan sonra aylıq məcmu gəlir dedikdə borcalanın (borcalanların) yalnız sabit və sənədlə təsdiq edilən bütün növ gəlirlərinin orta aylıq məbləğinin məcmusu nəzərdə tutulacaq.