Logo

Lüksemburqa xarici pasportsuz gedənlər - ÖZƏL


Bura çox rahat şəkildə getmək olar. Heç bir viza, xarici pasport olmadan və heç bir bilet almadan. Lüksemburqa getmək üçün sadəcə Samux istiqamətində hərəkət edən avtobusa minməyiniz yetər. Çünki söhbət Samux rayonuna məxsus Lüksemburq kəndindən gedir. Kənd haqqında nə qədər ətraflı məlumat almağa çalışsaq da, ümidlərimiz puça çıxdı. 

TopXeber.Az məlumat verir ki, Samux rayon İcra Hakimiyyətinin nümayəndələri ilə danışıqlarımız öz nəticəsini vermədi. Bu səbəbdən də məhz internet axtarışlarına əsaslanıb, rayon haqqında az da olsa  məlumat vermək niyyətindəyik. Məlumata görə rayonun əhalisi azərbaycanlılardır.Yaşayış məntəqəsi 1918-20-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salınmış azərbaycanlı ailələrin məskunlaşması nəticəsində yaranıb. Sonralar kəndə beynəlxalq sosial-demokrat hərəkatının fəalı Roza Lüksemburqun (1871-1919) soyadı verilib. 1992-ci ildə kənd Qırmızı Samux kəndinə birləşdirilib.Samuxun ucqarvə kiçik  kəndlərindən biridir, əhalisinin sayı azdır. Yerli camaat təsərrüfat və pambıqçılıqla məşğuldur.

Qeyd edək ki,Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayonunun ucqar yaşayış məntəqələrindən olan Lüksemburq kəndində yeni məktəb binası tikilib. Bina uzun illər istifadədə olmuş və yararsız vəziyyətə düşmüş məktəb binasının yerində tikilib. Bina 2011-ci ilin dekabr ayında istifadəyə verilib.

İkimərtəbəli məktəb binası 18 sinif otağından, iki laboratoriyadan, bir kompyuter otağından, müasir avadanlıqla təchiz edilmiş idman zalından ibarətdir. Bina mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib.