Logo

Nəşriyyat dəhlizindən Milli Məclisə gedən yol-Onlar kimlərdir?


Keçmişi jurnalistikaya bağlı olan tanınmışların əksəriyyəti etiraf edirlər ki, yüksəlişə doğru gedən yolda məhz jurnalistika tramplin rolunu oynayır.Ölkənin bir çox ictimai fiqurlarının fəaliyyətlərinə nəzər salsaq, bunun əyani sübutunu tapmış olarıq. Maraqlıdır ki, bu gün millət vəkilləri arasında sabiq həmkarlarımızın sayı çoxluq təşkil edir. Görünür, Milli Məclis tribunası fikirlərini açıq şəkildə ifadə etmək üçün keçmiş qələmdaşlarımıza daha geniş imkanlar yaradır. 

TopXeber.Az saytı hazırda deputat, əvvəli isə mətbuat, media işçiləri olmuş şəxslərin adlarını və jurnalistika fəaliyyətləri barəsində məlumatları oxuculara təqdim edir. Qeyd edək ki, adı çəkilən millət vəkillərinin bəziləri qələmlərini arxivdə saxlasalar da, bəzilərinin qələmi hələ də əllərindədir.

Bəxtiyar Sadıqov

Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qocaman jurnalistlərdəndir. 1975-ci ildən jurnalistika fəaliyyəti ilə məşğul olan B.Sadıqov “Azərbaycan” qəzetinin baş redaktoru və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvüdür.

Hadı Rəcəbli

Lənkərandan deputat seçilən Hadı Rəcəbli çox illər əvvəl jurnalistika ilə məşğul olub. O, 1970-ci illərin sonlarında "Bakinskiy raboçiy" qəzetinin xüsusi müxbiri işləyib.

Aqil Abbas

Millət vəkili Aqil Abbas mətbuatda fotomüxbirdən baş redaktora qədər yüksələ bilib. Hazırda vaxtilə özünün yaratdığı “Ədalət” qəzetinin təsisçisidir."Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977-1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987-1990) işləyib.

Etibar Hüseynov

Deputat Etibar Hüseynov da jurnalist olub. Bir vaxtlar “Lider” televiziyasında yayımlanan “Sitatın sonu” verilişinə aparıcılıq edib. O, hazırda mətbuatda müəllif yazıları ilə çıxış edir.

Sahib Alıyev

Milli Məclisin deputatı Sahib Alıyevin jurnalist fəaliyyəti də “Lider” Televiziyası ilə bağlıdır. Siyasi verilişlər aparan deputatın icmal və şərhləri mətbuatda geniş yer tutut.

Nizami Cəfərov

Deputat Nizami Cəfərov 1980-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri olub.

Elmira Axundova

Xanım millət vəkili Elmira Axundova Moskvada nəşr olunan "Literaturnaya qazeta"nın və “Azadlıq” radiosunun müxbiri olub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977-1980) vəzifəsində çalışıb.

Qənirə Paşayeva

Digər xanım deputat Qənirə Paşayeva ANS televiziyasından məşhurlaşıb. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. O, həm də Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

Cavanşır Feyziyev

"AvroMed" şirkətinin həmtəsisçisi və baş direktoru olmuş Cavanşir Feyziyev də jurnalistika ilə məşğul olanlardandır. “Tour-İnvest” şirkətinin və “Discovery Azerbaijan” elmi-kütləvi jurnalının təsisçi və baş redaktorudur.

İmamverdi İsmayılov

Deputat İmamverdi İsmayılov ixtisasca jurnalistdir.O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Sabir Rüstəmxanlı

Keçmiş deputat Sabir Rüstəmxanlı Milli Məclisə jurnalistikadan gələnlərdəndir.1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilib.1978-ci ildən "Yazıçı" nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989-1991-ci illərdə "Azərbaycan" qəzetinin baş redaktoru işləyib.

Tahir Rzayev

Mətbuata açıq olan millət vəkillərindənTahir Rzayev də mətbuat işçisi olub. Bir vaxtlar saytımıza açıqlamasında belə olmağının səbəbini keçmiş mətbuat işçisi olması ilə izah etmişdir.

Əflatun Amaşov

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov 1985-1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub. Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

Nihadə Eyyubova