Logo

Prezident İlham Əliyev Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışında iştirak edib


Bu gün Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub.

TopXeber.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər və burada yaradılan şəraitlə tanış olublar.

Təhsil naziri Ceyhun Bayramov Prezident İlham ƏIiyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə görülən işlər barədə məlumat verib.