Logo

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 16-da Xocavənd rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

TopXeber.Az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster, Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.