Logo

​Rusiya Ukraynada jurnalistlərin həbs olunması ilə bağlı Kiyevə nota göndərəcək


Rusiyanın Xarici İşlər Nazirliyi Ukraynada jurnalistlərin həbs olunması ilə bağlı Kiyevə nota göndərəcək.

TopXeber.Az TASS - a istinadla xəbər verir ki, bu barədə Dövlət katibi, Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Qriqory Karasin məlumat verib:

“Bu qərarın arxasında kimin durduğunu, bunu kimin icra etdiyini dəqiqləşdirməliyik. Bütün bu faktları bilib hərəkət edəcəyik.Cinayətkarların cəzalandırılması və bu qərarı qəbul edən insanların məsuliyyətə cəlb edilməsi lazımdır", - deyə vurğulayıb.