Logo

Şəbnəm Tovuzlunun anasının gənclik FOTOsu görənləri TƏƏCCÜBLƏNDİRDİ


Saçlarını kəsdirməklə özünü Sibel Cana oxşatdığı barədə söhbətlərə yol açan Şəbnəm Tovuzlu "Hər şey daxil"də qonaq olub.

TopXeber.Az xəbər verir ki, aparıcı Tolik Şəbnəmin anasının gənclik fotosunun ekrana gətirilməsini istəyib. Qısa saçlı qadının Şəbnəmə nə qədər çox bənzədiyi görənləri heyrətləndirib. Tolik "Heç o vaxtı Sibel Can yox idi" sözləri ilə xanım müğənnini imicindəki dəyişikliyə görə müdafiə edib.

Şəbnəm həmin şəkil çəkdirildikdən təxminən 5-6 ay sonra anasının dünyasını dəyişdiyini qeyd edib. Bu açıqlama studiadakıları üzüb.