Logo

Türkiyədə göyərtəsində miqrantların olduğu gəminin batması nəticəsində 7 nəfər ölüb


Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda göyərtəsində qanunsuz miqrantların olduğu gəminin batması nəticəsində 7 nəfər ölüb.

TopXeber.Az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qanunsuz yollarla Yunanıstanın Midilli adasına getməyə çalışan miqrantlardan həlak olan 7 nəfərin hamısı Əfqanıstan vətəndaşıdır. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.

Qəzaya uğrayan gəmidəki miqrantlara köməyə gələn balıqçılar 13 nəfəri xilas ediblər. Xilas edilənlər dərhal xəstəxanaya yerləşdiriliblər.