Logo

Yeni doğulan körpələrin ölüm səbəbi MƏLUM OLDU - RƏSMİ


“Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 23 yaşlı Yusifova Rəvanə Rahil qızı xəstəxanaya ölü döllə gətirilib”. 

Bunu TopXeber.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova dünən gecə saatlarında Sabirabadda baş vermiş körpə ölümləri ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, digər körpənin ölməsinə səbəb isə göbək ciyəsinin dölün boynuna dolanması olub:

“Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızı xəstəxanaya gətirilən zaman göbək ciyəsi dölün boynuna 2-3 dəfə dolanıb. Həkimlər nə qədər çalışsalar da körpə 5-6 dəqiqdən sonra həyatını itirib”.

S.Əhmədova əlavə edib ki, hadisə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılacaq. 

Qeyd edək ki,körpələrin valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Körpələrin meyiti Sabirabad Məhkəmə Tibbi Ekspertiza Və Patoloji Anatomiya Mərkəzinə aparılıb.Hazırda faktla bağlı araşdırma aparılır.

Bildirək ki, tələf olan körpələrdən biri oğlan, digəri isə qız olub.