Logo

Arzuların qanadında - ƏSL CƏNNƏTDƏN REPORTAJ


Arzuların olar, həyata keçməsi üçün ya sehirli xalat axtararıb onunla uçmaq istəyərsən, ya da ayaqlarınla ona çatmaq üçün qaçarsan.

Elə arzular da var ki, onların gerçəkləşə bilməsi üçün nə cin dolu küpə, nə də Simurq quşuna ehtiyac var. Mənim Türkiyə arzum kimi…

“Samanyolu” ilə başlayan uşaqlıq sevdam məni Türkiyənin yollarına “səfərbər” etdi.

Arzularımın qanadında…

Nəhayət, Bakı-Antalya istiqamətində uçuşu yerinə yetirən təyyarəyə minirəm, telefonumu uçuş rejimində tənzimləyib qoruyucu kəmərlərimi bağlayıram.

Və artıq Antalyadayıq

Bizi turizm şirkətinin əməkdaşı gülərüzlə qarşılayıb qalacağımız ”Rixos Premium Belek” oteli haqqında məlumat verir.

 “Rixos hotels” silsiləsindən olan ”Rixos Premium Belek”də turist əlindən göz açmaq mümkün deyil. Demək olar ki, boş otaq yoxdur.

Bələdçi “deluxe” otağıma aparır məni. Möhtəşəmdir! Dəniz maviliyinin sərinliyi pəncərədən otağa sirayət edib sanki. 37 m2 olan yataq otağımda vanna otağı, eyvan var. Lazım olan əşyalar da öz yerində:  Televizor, qəhvə çaydanı, fen, telefon və əlbəttə ki, internet əlaqəsi. 

Mənzərə və mövcud vəziyyət elədir ki, elə bil çöldəki yayı içəridəki qış əvəz edib.

Türkiyənin cənubunda Aralıq dənizi sahilində kurort şəhəri və limanı olan Antalyanı seçməklə nə qədər QAZANDIĞIM fərqindəyəm. 

700 metr uzunluğunda çimərlik, dəbdəbəli otaqlar,  hovuzlar,  restoranlar, barlar və daha nələr...

Hotel Antalya şəhərinin mərkəzinə 50 km,  Antalya Hava Limanına isə 35 km məsafədə yerləşir.

Aralıq dənizində yer alan hotelin lüks səviyyədə 700 otağı var. Hələ idman meydançasını demirəm. 

“Rixos Premium Belek” əyləncə və rahatlıq üçün hər şey təşkil olunubş 7 restoran və 8 barı olan hoteldə xidmət müştərini utandıracaq səviyyədədir.

 Burada turistlər nəzərə alınmaqla mətbəxin bol çeşidliyinə önəm verilib.Türk mətbəxindən tutmuş ta italyan mətbəxinə kimi istənilən ölkənin menyusundan dada bilərsiniz. 

Uşaqlar da kənarda qalmayıb, hətta deyərdim, böyüklərdən daha çox böyük diqqətdədirlər. Belə ki, hoteldə “uşaqların xəyal dünyası”nın hər “rəngi” incə detallıqla düşünülüb. Uşaq hovuzu, oyun parkı, diskoteka, xüsusi uşaq şousu, şəxsi dərslər və kurslar və yazmaqla bitməyən “daha”lar... 

 Səfərimin ilk günü demək olar ki, hotellə tanış olmaqla keçdi. Gördüyüm qədər xidmətin yüksəkliyi müştərini  hoteldən çıxarmamaq üçün hesablanıb sanki. Mən də ilk gün belə etdim.

Sabahsa yerli saatla 09:00 -da bələdçinin köməyilə Antalya şəhərini qarış-qarış gəzəcəyik. Görəcəyim qarışqa boyda yeniliyi belə sizinlə bölüşməyə hazıram...

Sabit Məmmədov