Logo

Bakıda avtomobildən 3500 manatlıq qızıl oğurlanıb


Bakıda avtomobildən 3500 manatlıq qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TopXeber.Az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Həsənqulu Qurbanovun ətrafında Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun bu il martın 6-da rayon ərazisində “VAZ-2112” markalı avtomobildən 3500 manat dəyərində qızıl əşyalar oğurladığı da müəyyən edilib.