Logo

Bərdədə qatar traktoru vurub, 3 nəfər xəsarət alıb, birinin ayaqları amputasiya olunub


Bərdədə qatarla traktorun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

TopXeber.Az-ın xəbərinə görə, xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.

Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.APA