Logo

Hindistanda piyada keçidinin çökməsi nəticəsində azı 18 nəfər ölüb


Hindistanın şimalında yerləşən Varanasi şəhərində piyada keçidinin çökməsi nəticəsində azı 18 nəfər həlak olub.

TopXeber.Az xəbər verir ki, dağıntılar arasından beş yaralı çıxarılıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerində xilasetmə tədbirləri davam etdirilir.

Baş nazir Narendra Modi Twitter sosial şəbəkəsində qəza ilə bağlı kədərini ifadə edərək yaralananlara şəfa diləyib.