Logo

İntihar edən müğənninin anasının fəryadı - VİDEO


"Azərbaycanın səsi" mahnı yarışmasının 26 yaşında intihar edən qalibi Elvin Orduxanlının anası dünən ürəkləri dağlayan sözlərilə hər kəsi ağladıb.

TopXeber.Az-ın məlumatına görə, Zaur Baxşəliyevin "Bizimləsən" verilişində son günlərin aktual mövzusu - intiharlar müzakirə olunub. 

Mövzuya uyğun olaraq 12 dekabr 2015-ci ildə yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edən E.Ordubadlının anası çağırış edib. 

Gözü yaşlı ana fəryad edərək hər kəsə səslənib: "Üzümü tutub bütün övladlara yalvarıram, anaları mənim günümə qoymayın. İki il yarımdır cəhənnəmi yaşayıram. Qəbiristanlıq yollarındayam. O yollarda məni tanımayan yoxdur. Balamın qəbrini hər gün bir cürə bəzəyirəm".