Logo

Jurnalist övladları da qəbul imtahanlarında yüksək bal topladılar - SİYAHI


Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini dünən elan elan edib.

DİM-dən TopXeber.Az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 36559 abituriyentdən 630 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 31 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Builki qəbul imtahanlarında bəzi jurnalistlərin də övladları iştirak edib.

TopXeber.Az-ın məlumatına görə, Fed.az saytının rəhbəri, tanınmış jurnalist Əli Əhmədovun qızı Maya Əhmədzadə III qrup imtahanlarında 696 bal toplayıb.

Jurnalist-yazar Rəbiqə Nazimqıznın övladı Aynur da II qrupda imtahan verib.  Jurnalst qızının 491 bal topladığını bildirib.

Tanınmış jurnalist, Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadənin övladı builki qəbul imtahanında 576 bal toplayıb.