Logo

Kral ailəsinə məxsus mavi almaz hərracda 6,7 milyon dollara satılıb


Mavi almaz İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda 6,7 milyon dollara satılıb. Alıcının kimliyi açıqlanmır.

TopXeber.Az xəbər verir ki, BBC-nin məlumatına görə, hərraca çıxarılan 6,1 karatlıq almaz İspaniya Kralı V Felipenin 1715-ci ildə evləndiyi Parma Dükünün qızı Elisabeth Farneseyə toy hədiyyəsi olub.

Üç yüz il boyunca İspaniya, Fransa, İtaliya və Avstriya zadəganlarının sahib olduğu bu nadir almazın Hindistanın Golconda mədənindən çıxarıldığı deyilir.