Logo

Meymunlarda insanlardan daha az bakteriya var - TƏDQİQAT


Şempanze meymunlarının yuvalarında insanların yataqlarından daha az bakteriya var.

Modern.az “Royal Society Open Science” jurnalına istinadən xəbər verir ki, bu qərara amerikalı tədqiqatçılar bir sıra testlərdən sonra gəliblər.

Tədqiqatçılar Tanzaniyadan 41 şempanzenin yuvasından əsasən də yatdıqları yerdən nümunələr götürərək onları incələyiblər. Nümunələrdəki bakterial flora insan yatağındakından müxtəlifliyi ilə fərqlənib. Buraya həmçinin yuvaların qurulduğu ağaclara xas olan mikroorqanizmlər də daxil olub.

Lakin bütün bakteriyaların içərisində nəcis, ağız və dermal bakteriyaların miqdarı ümumi həcmin cəmi 3.5%-ni təşkil edib. Müqayisə üçün bildirək ki, insan yatağında bu bakteriyalar ümumi həcmin üçdə birini təşkil edir. Həmçinin qeyd etmək lazımdır ki, şempanzelərin yataqlarında cəmi 4 parazit tapılıb ki, bunlar da bu heyvanlar üçün təhlükə kəsb etmir.

“Biz torpaq və ətraf mühitlə əlaqəmimizin praktik olaraq kəsildiyi bir mühit yaratmışıq. Nəticədə əksər hallarda bədənimizdə məskunlaşmış mikroblarla əhatə olunmuşuq. Bu vəziyyət böcəklər ilə də məsələyə aiddir. Şempanzelərin yataqlarında onlarla birgə yaşaya biləcək böcəklər yoxdur. İnsanların evlərində isə qapalı şəraitdə yaşamağa uyğunlaşmış böcəklər yaşayır” tədqiqatçılar bildirirlər.

TOPXEBER.AZ