Logo

“Müğənnilər məndən uzaqlaşıblar...” – Gövhər Həsənzadə şikayətləndi - VİDEO – FOTO


“Kimin cürəti çatıb mənə deyə bilər ki, yaxşı mahnı vermədi”

ARB Ulduz-un “Virtual həyat” verilişinin növbəti qonağı bəstəkar Gövhər Həsənzadə olub.

Yaxşı mahnıların yoxluğundan şikayətlənən bəzi müğənnilər üçün bəstəkarın sərt və tənqidi fikirləri olub:

“Müğənnilər məndən uzaqlaşıblar. Mən isə tək deyiləm. Onlar peşəkar bəstəkarlardan, hər kəsdən uzaqlaşıblar. Özlərini mükəmməl sayırlar ki, onların zövqünü yaşlı nəsil başa düşməz və həmin müğənnilər daha inkişaf ediblər. Hər kəs belə düşünür ki, mən heç kimin müdaxiləsi olmadan, heç kəsin mənə göstərişi olmadan, özüm hər şeyi edə bilərəm. Mənəm-mənəmlik, gətirib ona çıxardır ki, bizim bu gün yeni nəslin istedadlı gəncləri də qeyri-peşəkar abu-hava yaratmaqdadırlar”.

Müğənnilərin əksəriyyətinin yaxşı bəstəkarın, yaxşı mahnının olmamasında şikayətlənirlər. Deyəsən, sizi unudublar?

“Yaxşı mahnı yoxdur!? Sayımız az olsa da, biz peşəkar bəstəkarlıq, sağıq axı! Yaxşı mahnı və yaxşı bəstəkar yoxdur deyəndə, mən istəyirəm həmkarlarıma zəng edib deyim ki, salamatçılıqdır? Mənim ürəyim ağrıyır ki, o sözü bizim vaxtımızda əziyyət çəkən müğənnilər də deyir. Yeni gələnlər haya-küyə düşüblər. Sizə nə olub? Siz ki, sənətkar görmüsünüz. Siz də onlara qoşulursuz? Niyə? Gövhər sizə indiyə kim pis mahnı verib? Kim gəldi məndən yaxşı mahnı istədi dedim ki, yoxdur. Kimin cürəti çatıb deyə bilər ki, Gövhər xanımdan yaxşı mahnı istədim vermədi”.

Gövhər Həsənzadə ilə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

TOPXEBER.AZ