Logo

Nümayəndə heyətinin rəhbəri: "Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək"


"Bu sanksiya nə bizim söz demək imkanlarımıza məhdudiyyət qoya, nə də hansısa sənədlərin hazırlanması ilə bağlı məhdudiyyət yarada bilər".

TopXeber.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, sanksiyalar sadəcə hansısa seçki missiyalarında iştirak, hansısa ölkəyə məruzəçi və sair bu kimi sahələrə tətbiq ediləcək: "Bu Azərbaycanın qurumda normal fəaliyyəti, Dağlıq Qarabağ probleminin çatdırılmasında fəaliyyəti üçün heç bir məhdudiyyət yaratmayacaq. Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək".