Logo

Prezidentin yəhudi dərzisi BÜTÜN SİRLƏRİ AÇDI: İNANILMAZ FAKTLAR - VİDEO


"İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar”.

Geyim, şübhəsiz ki, məşhur dərzi Martin Qrinfildin taleyini müəyyənləşdirib. O, ömrünün yarısını Amerika prezidentləri və tanınmış siyasi xadimlər üçün kostyum tikməyə sərf edib.

 TopXeber.Az publika.az-a istinadən xəbər verir ki, 89 yaşı olan M.Qrinfild hələ də əvvəlki kimi həftədə altı gün Bruklində öz tikiş fabrikində işləyir.

Gələcək prezident dərzisi 9 avqust 1928-ci ildə Çexslovakiyanın Pavlov dağ kəndində andan olub. O, 14 yaşında olarkən atası, anası, qardaşı, iki bacısı, babası və nənəsi ilə birlikdə həbs düşərgəsinə düşüb. Onun bütün digər yaxın qohumları və ailəsi Almaniya nasistləri tərəfindən yəhudilərin məhv edilməsi zamanı öldürülüb.

Atası isə həbs düşərgəsinin azad edilməsinə bir həftə qalmış vəfat edib. Auşvitz həbs düşərgəsində olanda o, oğlunu yanına çağırıb və bunları deyib: "Biz ayrılmalıyıq, amma sən çox gənc və güclüsən. Müstəqil şəkildə yaşasan, sağ qalacaqsan. Sən, sağ qalaraq bizim xatirəmizi yaşatmalısan”.

Qoçaq oğlan müharibənin çətinliklərinə dözərək həyatda qalır. O, həbs düşərgəsində ölümə məhkum edilmiş yəhudilərdən dərzilik sənətinin incəliklərini öyrənir. Müharibənin son illərində onu digər sağ qalmış məhbuslarla birlikdə Buxenvalda köçürürlər. 1947-ci ildə, 19 yaşı tamam olanda qohumları onu Amerikaya gətirir. O, əvvəlcə Baltimorda imkanlı qohumlarının evində qalır. Daha sonra o, xalasının yanına, Nyu-Yorka köçməyə qərar verir.

Martin çex mühacir dostunun təhriki ilə “GGG Clothing” fabrikində işə düzəlir. Yeri gəlmişkən, həmin fabrik indi Martinin özünə məxsusdur. 1977-ci ildə Qrinfild fabriki alır, həmin vaxt “GGG Clothing” da altı nəfər işləyirdi. Martin fabrikin adını dəyişdirərək “Greenfield Clothiers” qoyur və onu böyüdür. Bu gün onun şirkətində 120 nəfər işləyir. Onların hamısı - immiqrantlardır. Hazırda əfsanəvi dərzinin şirkətini oğulları Cey və Tod idarə edir.

Bir zamanlar Martin Qrinfild həkim olmaq istəyirdi, amma əvəzinə geyim üzrə doktor oldu. O, Bruklində rəhbərlik etdiyi fabrikdə həftədə altı gün işləyir və əsl əl işi olan kostyumlarının istehsalına nəzarət edir. Onu Amerikanın ən yaxşı kişi dərzisi adlandırırlar. Bundan başqa, Martin ictimai fəaliyyətlə aktiv məşğul olur və vaxtaşırı ruhlandırıcı nitqlərlə çıxış edir.

Çox qısa müddətdə ən yaxşı dərzilərdən biri kimi tanınmağa başlayan Martin Amerika Birləşmiş Ştatlarının 34-cü prezidenti Duayt Eyzenhauerin dərzisi təyin edilir. Duayt Eyzenhauer Ağ evin sahibi seçilməzdən əvvəl və sonra da geyimlərini tikməyi ona etibar edib. Qrinfild hətta Eyzenhauer üçün geyimin ciblərinə xarici siyasət sahəsi ilə bağlı tövsiyə xarakterli qeydlərini qoyardı.

Bill Klinton ölçülərini götürmək üçün onu yanına çağıranda isə prezident dərziyə bunları demişdi: "Məktub göndərmək lazım deyil. Bu, mənim faks nömrələrim, ora yazın".

44-cü ABŞ prezidenti Barak Obamanın da kostyumları Martini Qrinfildin xidmətidir.

Altı Amerika prezidentləri ilə yanaşı, onun müştəriləri arasında - məşhurlardan Pol Nyuman, Leonardo Di Kaprio və Frenk Sinatra, basketbol ulduzu Patrik Yuinq, Şakil Onil və başqaları olub. Sabiq general və ABŞ dövlət katibi Kolin Pauell Qrinfildin sevimli müştəriləri biri sayılır.

Martin Qrinfildin fabrikində hər bir əllə tikilmiş kostyum bir çox insanın əməyinin nəticəsidir. Qrinfild müsahibələrində etiraf edir ki, bütün dünyanın ən yaxşı ustaları onun fabrikində çalışır və o, onlarsız heç kimdir.

Amerikanın hazırkı dövlət başçısı Donald Trampı da geyindirən dərzinin sözlərinə görə, prezidentləri geyindirmək böyük şərəfdir: “Həmişə elə edirəm ki, geyim insanı bəzəsin”.

2015-ci ildə Martin Qrinfild Nyu-Yorkda Yeşiva Universitetində fəxri elmlər doktoru adını alıb. Universitetin prezidenti Riçard Coel çıxışında Qrinfildin "İnsan ölçüsü" tərcümeyi-halından sitat gətirib: "Hər bir insan kamildir. Mən elə kostyum hazırlamalıyam ki, ona öz arzularına çata biləcəyinə inandırsın”.

Bundan əlavə, Martin tanınmış moda brendləri “DKNY” və “Rag & Bone” üçün kişi kostyumları hazırlayır.