Logo

Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə yeni təyinat olub


Vergilər Nazirliyinin Aparat rəhbəri Nigar Alimova tutduğu vəzifədən azad edilib.

TopXeber.Az-ın məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini olmuş Nazim Səmədov Vergilər Nazirliyinin Aparat rəhbəri təyin edilib.

N.Alimova yeni yaradılan sənədlərlə iş və vətəndaşların müraciətlərinə baxılması departamenti (katiblik) təyinat alıb.