Logo

Xanım vəkil həbs olundu


Türkiyədə Sibel Sevinç Deveci adlı vəkil həbs olunub.

TopXeber.Az bildirir ki, o, 15 iyul Türkiyədə dövlət çevrilişinə cəhd edən FETO- nu təbliğ etməkdə günahlandırılıb.

Belə ki, vəkil “Twitter” hesabında çevrilişə cəhdi dəstəkləyən statuslar paylaşıb.

Qeyd edək ki, Türkiyədə dövlət çevirlişinə cəhd 2016-cı il iyulun 15-də İstanbulda və Ankarada olmuşdu. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi.