Logo

ABŞ-ın qərarını ayaqladılar: İranın nüvə proqramı ilə bağlı razılaşma davam etdirilir


"ABŞ-ın ləğv etdiyi İranın nüvə proqramı ilə bağlı razılaşmanı Fransa və Almaniya ilə birlikdə davam etdirmək qərarı vermişik".

İngiltərənin baş naziri Tereza Meyin sözcüsü belə açıqlama ilə çıxış edib. O bildirib ki, Avropa ölkələri ABŞ-ın qərarına qatılmayacaqlar.

Almaniya baş nazir Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və İngiltərə baş naziri Tereza Meyin Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Birliyi zirvəsində bir araya gəldiklərini deyən sözücü əlavə edib ki,hər üç ölkə İranla nüvə anlaşmasını davam etdirmək qərarı verib. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın nüvə razılaşmadan çəkildiklərini, iqtisadi sanksiyaların yenidən tətbiq edəcəklərini açıqlamasında sonra Avropa ölkələri məsələnin həlli yollarını axtarırdı.