Logo

Alpinistlərin meyitləri ailələrinə təhvil verilir - YENİLƏNİB+FOTOLAR


İtkin düşmüş alpinistlərdən ikisinin meyiti ailəsinə təhvil verilib.

TopXeber.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən daha bir alpinistin - Babur Vaqif oğlu Hüseynovun meyiti ailəsinə təhvil verilib. Meyit dəfn edilməsi üçün Bakıya gətirilir.

***10:00

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan və geri qayıtmayan alpinistlərin meyiti ailələrinə təhvil verilib.

TopXeber.Az bildirir ki, bu barədə Modern.az-a həlak olmuş alpinist Fəridə Cəbrayılzadənin anası Əsmayə Cəbrayılova məlumat verib.

Qəhərdən danışmaqda çətinlik çəkən Ə.Cəbrayılova bildirib ki, qızı Masallıda dəfn olunacaq:

“Hazırda yol üstəyik, balamı dəfn etməyə gedirik. Evimiz Bakıdadır, amma qohumlar ordadır deyə, Masallıya aparırıq”.

Anası qeyd edib ki, 27 yaşlı Fəridə evin tək övladı olmayıb, bacısı və qardaşı var.

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.