Logo

BDU-da həyəcanlı anlar: Antidepressant içən tələbə şokda - FOTO


Bakı Dövlət Universitetinin tələbəsi ürəktutmasından xəstəxanaya qaldırılıb.

TopXeber.Az bildirir ki, bu haqda AZXEBER.COM-a tələbələr məlumat verib. Məlumata görə, BDU-nun əsas korpusunda tələbələrdən birinin halı qəflətən pisləşib.

Hadisə yerinə tibbi yardım gəlib. Həkimlərin dediyinə görə, tələbənin anidən ürəyi tutub və halı pisləşib.
 
Buna səbəb antidepressant dərmanlar içməsi olub. Hazırda tələbənin durumu orta ağır olaraq qiymətləndirilir.