Logo

Dövlət Miqrasiya Xidmətindən yenilik-Sual və müraciətlər belə cavablandırılacaq...


Dövlət Miqrasiya Xidməti (DMX) daha bir yeniliyə imza atıb. DMX sosial şəbəkə istifadəçilərinə Facebookdakı səhifəsindən messenger vasitəsilə sual və müraciətlərin ünvanlanmasına yeni imkan yaradıb. 

TopXeber.Az-ın məlumatına görə, bu barədə xəbər Xidmətin Facebookdakı səhifəsində qeyd edilib.  Artıq Dövlət Miqrasiya Xidmətinin Facebookdakı səhifəsinə daxil olduqda sual və müraciətlərin qəbulu üçün messenger dərhal aktivləşir. Qeyd edək ki, DMX-nin bu yeniliyi dövlət qurumlarına əlçatanlığı asanlaşdırmaqla vətəndaş məmnunluğu yaradır. 

Xatırladaq ki, səhifənin yaradılmasında  məqsəd sosial şəbəkələrin imkanlarından istifadə etməklə DMX-nin fəaliyyəti barədə məlumatlandırma və maarifləndirilmə işini təşkil etmək, hər kəsin miqrasiya orqanlarının fəaliyyəti ilə əlaqədar istədiyi məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada əldə olunmasını təmin etmək, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  suallarını operativ, çevik cavablandırmaq və müraciətlərini qəbul etməkdir.Səhifədə Xidmətin fəaliyyəti barədə operativ məlumatlar, yeniliklər, miqrasiya qanunvericiliyi, normativ-hüquqi sənədlər, keçirilən görüşlər, tədbirlər, statistika, təşkil edilən səyyar xidmətlər, foto və video materiallar da yayımlanır.  Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini izləmək və təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər, eləcə də sual və müraciətlərini messenger vasitəsilə ünvanlamaq arzusunda olanlar,  qurumun Facebookdakı yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: 

https://www.facebook.com/miqra...