Logo

Gəlin toyuna görüntülü qoşuldu - Belə toy olmamışdı - FOTO


Türkiyənin ən qəribə toylarından biri Diyarbəkirdə baş tutub. 

TopXeber.Az xəbər verir ki, Almanyada yaşayan gəlin toyuna görüntülü zənglə qoşulub. Evlənmək qərarı verdiklərindən sonra 18 yaşlı gəlin Vane İbrahimin ailəsiylə birlikdə Münhendə sığınacaq aldıqları üçün 21 yaşlı suriyalı bəy Dilxveş Osman toyunda yalnız yallı getməli olub. Vane İbrahim isə gəlinlik geyib və görüntülü zəng edərək toyunu izləyib.

Gəlinsiz toya qatılan qonaqlar isə təəccüblərini gizlədə bilməyiblər. Bir müddət sonra vəziyyəti bildikdən sonra əyləncəyə qatılıb, bəylə birgə rəqs etməyə başlayıblar.milli.az