Logo

İranda vəziyyət gərginləşdi: xeyli sayda yaralı və ölü var


İranda yenidən etiraz aksiyaları başlayıb. Bu dəfə Fars əyalətinə bağlı Kazerun şəhərinin əhalisi küçələrə axışıb.

Şəhərin iki hissəyə bölünməsinə etiraz edən vətəndaşlar yerli polis idarəsinin binasını yandırıblar.

Polislə toqquşmalar zamanı ən azı üç nəfər həlak olub, xeyli sayda yaralı var.

Ölü və yaralıların qanlı fotolarını sosial şəbəkələrdə paylaşan etirazçılar polisin gerçək mərmilərdən atəş açdığını bildiriblər.

Qeyd edək ki, ötən ilin sonlarında da İranda işsizlik və bahalaşma ilə bağlı etiraz aksiyaları keçirilmişdi. Ölkənin iri şəhərlərinə yayılna aksiyalarda 20 nəfər həlak olmuşdu.