Logo

İTV ilə əməkdaşlıq bitmir, davam edəcək-Yeni mətbuat katibi


İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunması ilə bağlı yaşadığı sevinc hissini "facebook" dostları ilə bölüşüb:

"Salam əziz dostlar, yeni işə keçməyimlə bağlı məlumatı yayan bütün media orqanlarına və məni təbrik edən bütün insanlara sonsuz təşəkkürümü çatdırıram. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə minnətdaram ki, bu məsuliyyətli işi mənə həvalə ediblər. İctimai Televiziyaya, orada çiyin-çiyinə çalışdığım insanlara borcluyam ki, təcrübə qazanmağımda payları oldu. Bu illər ərzində ictimai yayımçının funksiyalarının yerinə yetirilməsi, onun xarakterinə uyğun proqramların hazırlanması üçün əlimdən gələni etməyə çalışdım. İTV ilə əməkdaşlıq bitmir, davam edəcək. Hamımızın yolu açıq olsun".

TOPXEBER.AZ