Logo

“Kim nə qiymət istədi qoyur” – Öz evində kirayə yaşayanlar – VİDEO


ARB TV-nin “Günə doğru” verilişində kommunal xərclər barədə sujet yayımlanıb.

Məlahət İbrahimqızı (Deputat): “Kim nə qiymət istədi qoyur. Adam fikirləşir ki, gedib kirayədə qalsa, yaxşıdır”.

Yeni tikilən yaşayış binalarında kommunal xərclərin baha olması millət vəkillərini də dilə gətirir. Vəziyyət o yerə çatıb ki, hündürmərtəbəli binada ev sahibi olan şəxslər aylıq 100 manatdan çox əlavə pul ödəməli olur. MTK-ların həmin vəsaiti hara və nəyə xərcləyəcəyi də müəmma olaraq qalır. Ekspertlərin fikrincə, əlavə gəlir yeri olan bu sahəni MTK rəhbərləri əlindən çıxarmaq istəmir.

Ramil Osmanov (Ekspert): “MTK-lar inşa etdikləri binaları ən geci 2 ay müddətində sahə mülkiyyətçilərinə təhvil verib idarəetmədən uzaqlaşmalıdırlar”.

Amma qəbul olunan qaydaya əsasən, hər bir yaşayış kompleksində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyət yaratmalıdır.

Bu sahə ilə bağlı digər problem isə vahid tarifin olmamasıdır. Paytaxtın müxtəlif ərazilərindəki yaşayış kompelekslərində xidmət haqqı adı ilə fərqli məbləğdə ödənişlər alınır. Əksər MTK tiplı binaların komendantlığında toplanan vəsaitin hara xərcləndiyi ilə bağlı qeydlər aparılırmır və ya bununla bağlı məlumat paylaşılmır.

Ramil Osmanov (Ekpert): “Sahə ölçülərinə uyğun olaraq, bərabər şəkildə bölüşdürülür. Bu hesablamalar göstərir ki, 1 kv.m 15-20 bəzi hallarda isə, 25 qəpikdən artıq olmamalıdır”.

Rəhim Vəliyev (Bina komendantı): “Kvadratına görə 38 qəpikdən hesablanıb. Abadlıq işlərinə xərclənir”.

Millət vəkili Məlahət İbrahimqızı bu məsələnin də parlamentin diqqətində olduğunu deyir. Bu cür xidmətlərlə bağlı xüsusi qaydaların hazırlanması gözlənilir.

Məlahət İbrahimqızı (Deputat): “Fərq ola bilər, amma kəskin fərq ola bilməz. Bu məsələ tezliklə qanunvericilikdə öz əksini tapacaq”.

Vahid tariflə bağlı təkliflərdə bəzi məqamların tam həlli zəruridir. Çünki bu cür qaydaların lüks yaşayış komplekslərində tətbiqi çətinlik yarada bilər. Belə komplekslərdə MTK-lar sakinlərə əlavə xidmətlər də göstərir ki, bu da ödənişin artmasını şərtləndirir.

TOPXEBER.AZ