Logo

Sumqayıtda ər arvadını qətlə yetirdi


Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib.

TopXeber.Az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin  səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.