Logo

Bakıda 850 qramlıq uşaq doğuldu


Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 850 qramlıq körpə doğulub.

TopXeber.Az xəbər verir ki, Neonatoloq-pediatrı Arzu Həsənova Modern.az-a bildirib ki, körpə 29-30 həftəlik hamiləlikdən keysəriyyə kəsiyilə dünyaya gəlib:

“Körpə azçəkili (850 qram) olmasına baxmayaraq, Mərkəzin neonatoloji komandasının birgə əməyi sayəsində ailənin artıq həyəcanlı günləri arxada qalıb. O süni tənəffüs aparatından ayrılıb, həyatda qalması təmin olunub, zəruri müayinələr (“Topuq testi”, ROP – vaxtından əvvəl doğulmuşların retinopatiyasının müayinəsi, eşitmənin skrininq müayinəsi) aparılıb”.

Onun sözlərinə görə, yenidoğulmuşun çəkisi normal səviyyəyə (1750 qrama) çatdırılıb və ana-körpə tam sağlam və gümrah şəkildə evə yola salınıb. Həkim bildirib ki, təkrar müayinə olunub, uşağın nevroloji statusu normaldır.